Bank Of Baku

Yapon biznesmenin həyətdə basdırdığı 4 milyon dollarını oğurlayıblar

Yapon biznesmenin həyətdə basdırdığı 4 milyon dollarını oğurlayıblar
# 29 yanvar 2009 08:22 (UTC +04:00)
Tokio-APA. Yapon biznesmenin bağda basdırdığı 4 milyon dollar pulu oğurlanıb. APA-nın məlumatına görə, 80 yaşlı iş adamı pulların oğurlandığından xəbər tutduqdan iki ay sonra vəfat edib. 40 il ərzində “qara gün” üçün pul toplayan iş adamı pullarını banklarda saxlamaqdan imtina eləyib və bunu bankların aşağı faiz ödəmələri ilə əsaslandırıb. O, evdə hər zaman yanğın baş verə biləcəyi ehtimalını nəzərə alaraq pullarını yerə basdıraraq qorumağa üstünlük verirmiş. Pulları xüsusi plastik qutuda yerə basdıran iş adamı ildə bir neçə dəfə yeri qazaraq pulların orada olub-olmadığını yoxlayırmış. Ötən ilin payızında növbəti dəfə pulları yoxlamaq üçün yeri qazan iş adamı varidatının oğurlandığını görüb. Ölümündən əvvəl heç bir yazılı qeyd qoymadığına görə, polis pulların tapılması prosesinin uzun çəkə biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR