Türkiyənin baş nazirindən İsrail prezidentinə: “Siz öldürməyi yaxşı bilirsiniz” -TAM MƏTN
Ban Ki Mun ABŞ prezidenti Barak Obamanın Qəzza bölgəsində baş verənlərlə bağlı açıqlamalarını çox müsbət qarşıladığını da vurğulayıb.
BMT baş katibi əlavə edib ki, HƏMAS-ın silahlı hücumlarını və təxribatlarını önləməklə yanaşı, İsrailin də soyuqqanlılığını qorumasına ehtiyac var.
Bundan sonra çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, ötən ilin iyun ayında bölgədə atəşkəs olub, heç bir sıxıntı da hiss olunmayıb. Bu müddətdə İsrailin bölgəyə olan embarqonu qaldırması lazım idi, amma İsrail bunu etməyib: “Qəzza bir açıq hava həbsxanasıdır. Burdakı hər hansı sərhəd qapısından Fələstinə bir qutu pomidor belə daxil edilə bilmir. Mən İsraillə səfərə getdim. Oradan Fələstinə keçmək üçün Türkiyənin baş naziri olaraq yarım saat sərhəd qapısında gözlədildim. Amma biz Türkiyə olaraq İsraildən gələn diplomatlarla belə davranmırıq.
Çoxlu sayda fələstinli öldürüldü. Biz hələ bu əməliyyatlar başlamadan öncə bölgəyə humanitar yardım göndərməyə başlamışdıq.
Mən anti-semitizmi də, islamafobiyanı da bir insanlıq suçu olaraq görən baş nazirəm. Adamların müsəlman, xristian, yəhidi olması mənim üçün önəmli deyil. Amma göndərdiyimiz humanitar yardımlar 15 gün sərhəddə saxlanıldı. Bunları cənab Peres bilirmi, bilmirmi, onu bilmirəm.
Dekabrın 23-də İsrailin baş naziri Olmertlə görüşümüz oldu. Bizim vasitəçi missiyamız vardı. Görüşümüz Ankarda idi.
O görüşdə Olmertə dedim ki, indi Həmasın əlində əsir olan İsrail əsgərlərini azad etdirə bilərik. Amma ondan bir xahişim oldu ki, Fələstində İslahatlar və Dəyişiklik Partiyası seçkilərdə qələbə qazanıb. Bu nəticəni sayğıyla qarşılamaq zorundayıq. Ona dedim ki, bu seçkilərdə qələbə qazanmış millət vəkilləri, Məclis başqanı Sizin əlinizdə əsirdir. Dedim ki, gəlin bir paket hazırlayıb, əsirləri dəyişdirək. Cənab Abbasa göstərdiyiniz jesti indi də göstərin. Olmert cavabında bildirdi ki, bunu eləsə, Abbas kriz keçirər.
Bundan sonra isə Qəzzaya bombaların yağdığını gördük. Mülki əhalidən 1200 insan öldü. İsrailin əlində olan silahların bir zərəsi belə Fələstinin əlində yox idi.
BMT-nin qərarını İsrail tanımadı. Bir insanlıq faciəsi yaşandı. Bəs beynəlxalq aləm nə etdi? Susdu və seyr etdi. Eyni şeylər Gürcüstanda yaşananda isə susmadılar. Amma biz Gürcüstanın da yardımına ilk getdik. Bizim üçün din, irq fərqi yoxdu.
Bu hesab çox ağır bir hesabdır. Bu olaylardan danışanda həmişə HƏMAS deyildi, amma Qəzza bir HƏMAS-dan ibarət deyil. İsrailin bütün qapıları açması vacibdir. Deyirlər ki, həmin qapılardan silah daxil olmasın. Əgər bu tunellərin bir ucu Misirdədirsə, qoy Misir silah daxil edilməsinə imkan verməsin”.
Ərdoğan qeyd edib ki, dünyada sülh olması üçün Yaxın Şərqdə sülhün olması şərtdir.
Bundan sonra isə Ərəb Birliyinin başqanı Əmr Musa danışıb. O deyib ki, ərəblər İsraillə sülh yaratmaq, əməkdaşlıq etmək və vəziyyəti yoluna qoymaq arzusundadırlar.
İsrail prezidenti Şimon Peres deyib ki, ondan öncə danışan dövlət və hökumət başçıları bildikləri ölkələrin rəsmini çəkiblər: “Demokratik bir ölkədə terror təşkilatına qarşı mübarizə aparmaq çox çətindir. Kimsə bunu görmür. Nədənsə İsrailə bomba atılanda kimsə danışmır. Seçkiləri cənab Abbas qazanmışdı. HƏMAS seçkilərə qatılmışdı, amma onların demokratiya ilə bağlı fərqli görüşləri var. Seçkilərə gedirlər, sonra isə öldürməyə başlayırlar.
Mən bu nöqtədə danışanlara qatılmıram. HƏMAS bizi narahat edir. HƏMAS-ın ortaya qoyduğu anlaşmada yazılıb ki, qiyamət günü müsəlmanlar yəhudiləri öldürənə qədər gerçəkləşməyəcək. Barış çabaları, anlaşmalar işə yaramayacaq. Siz hansı Həmasdan danışırsınız?
İsrail bu terror hadisələri nəticəsində yüz minlərlə vətəndaşını itirdi. HƏMAS Qəzzaya gələndən bəri 500 min raket atıldı, 400 hava hücumu oldu. Bu hücumu biz başlamadıq. Bizim baş nazirimiz Türkiyədə Sizinlə birlikdəykən (Ərdoğana xitab edir-red) biz hücuma qərar verməmişdik.
Hisslərinizi anlayıram. Amma İsrail oradan tamamilə çəkildi, 15 min nəfər çəkildi və bunu biz istədik, heç kimin təsiri olmadan oradan çəkildik.
Mən bunu anlamaq istəyirəm, bizə niyə raket hücumlarına başladılar. Bütün qapılar açıqdı, ora sərmayə qoyurduq, 20 milyon dollar göndərirdik.
Təkcə bir nəfərin 5 milyon dollar göndərdiyini bilirəm. İsrail Qəzzaya gündəlik su, qaz nəql edirdi. İrandan raket gətirdilər və tünelləri açdılar.
Bizə hər gün yüzdən artıq raket atıldı. Milyonlarla insan bomba altında qaldı. İnsanlar bizdən nə vaxt təhlükəsiz yaşayacaqlarını soruşurdular.
Biz Misirlə, İordaniya ilə barışdıq. Fələstinlilərlə danışıqlara başladıq. Cənab Ərdoğan nə zaman gözlədiniz? O dönəmdə dinamitlər vardı.
İnsanlar mənə “xain” deyib qışqırırdılar.
İsrail 60 illik tarixi olan ölkədir, Siz 60 il döyüşən bir ölkə gördünüzmü?
Bütün bunlara baxmayaraq, biz gözlədik, Misir üçün, Fələstin Muxtariyyəti üçün gözlədik. Hüsnü Mübarək də, cənab Abbas da vəziyyəti bilirlər.
İran Yaxın Şərqdə hegamonluq arzusundadır və HƏMAS-a silah verir.
Nə etməyimizi gösləyirdiniz? İstanbula raket hücumu olsa, Siz nə edərdiniz? Biz bunu istəmirdik, sülh istəyirdik”.
Ş. Peres daha sonra bildirib ki, onlar üçün fələstinlilərin birləşib-birləşməsi müzakirə mövzusu deyil.
O daha sonra Fəth rəsmilərindən birinin HƏMAS-la bağlı sərt fikirlərini səsləndirib: “İsrail kimisə öldürmək istəmir. Bizim üçün bütün uşaqlar çox önəmlidir. Bizim topladığımız bütün pullar uşaq mərkəzlərinə gedir”.
“İsrailin bir atəşkəsə ehtiyacı yoxdur, çünki hücumları biz başlamadıq. Bizim qarşımızda Qüds problemi var, üç din üçün də önəmli bir şəhərdir. Biz fələstinlilərə qərbi Şeriyanı verməyə hazır olduğumuzu dedik.
Qəzza tragediyasını başlayan İsrail deyil, orada diktatorluq quran HƏMASdır”.
Ş. Peresin çıxışına sərt reaksiya verən Ərdoğan “ Cənab Peres məndən yaşlısan, amma səsin çox yüksək çıxır. Səsini yüksəltmən özü bir günahlılıq psixologiyasıdır” deyib.
Ərdoğan daha sonra davam edib: “Öldürməyi Siz daha yaxşı bilirsiniz. Ölkənizdə baş nazir olmuş şəxslərin sözləri var. Tankların üzərində Fələstinə girdiyimizdə özümü xoşbəxt hiss edirəm deyən baş nazirləriniz vardı.
Bu zülmləri alqışlayanlara da ayıb olsun”.
Ərdoğan daha sonra Tövratdan misal çəkib.
Panel aparıcısının sözünü kəsməsindən sonra “Mənim üçün Davos bitdi” deyən baş nazir paneli yarımçıq tərk edib.
Asiya
Dubaydakı göydələndə yanğın baş verib
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Xəbər Lenti
Neft Emalı Zavodunda yanğın söndürülüb- YENİLƏNİB-1
Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik
Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
Azərbaycanın Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib
Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir
Qaxda 1 ton çətənə kolu məhv edilib
Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır
APA TV-də XƏBƏRAPARAN - CANLI
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğulub
Rabitəbank İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 mln. dollarlıq saziş imzalayıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan Prezidenti: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-1 - FOTO
Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib
33 il beynəlxalq axtarışda olan şəxs Almaniyada həbs edilərək Azərbaycana gətirilib
Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir
Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti 82.6 dollara ticarət olunur
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının iştirakçıları ilə ailə fotosu paylaşılıb
Dövlət başçısı: Azərbaycan təbii qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir
Avro, rubl və lirə ucuzlaşıb
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
"NYMEX" birjasında təbii qazın dəyəri artıb
Dünya bazarlarında neft ucuzlaşıb
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Reuters: Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb
Bir neçə PUA Moskva Neft Emalı Zavoduna hücum edib
DÇ-2026: Özbəkistan Kolumbiyaya məğlub olub
Zelenski və Tramp arasında telefon danışığı baş tutub
Britaniyanın BBC telekanalı ixtisarlara başlayıb
ABŞ Prezidenti Avropada raketlərin lisenziyalı istehsalını təşkil etmək niyyətindədir
Dubaydakı göydələndə yanğın baş verib
DÇ-2026: Qana millisi Panama yığmasını məğlub edib
Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək
Tramp: İranın ballistik raketlərə malik olmasının tam qadağan edilməsi ədalətsizlik olardı
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər