Bank Of Baku

İraqda yerli parlament seçkiləri keçirilir

İraqda yerli parlament seçkiləri keçirilir
# 31 yanvar 2009 09:17 (UTC +04:00)
Bağdad – APA. Bu gün səhər saatlarında İraqın 18 əyalətindən 14-də yerli qanunvericilik orqanlarına keçirilən seçkilər çərçivəsində səsverməyə start verilib.
APA-nın «France Presse» agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri saat 7:00-da açılıb və səsvermə 17:00-dək davam edəcək. Seçkilərlə bağlı ölkə ərazisində ciddi təhlükəsizlik tədbirləri görülüb və asayişi 800 minə yaxın hərbçi və polis qoruyur. İraqdakı bütün hava limanları bağlanıb, dövlət sərhədlərində keçid məhdudlaşdırılıb və komendant saatı tətbiq olunub.
Qeyd edək ki, bu, 2004-cü ildən sonra keçirilən ilk yerli seçkilərdir. Mövcud 440 deputat yeri uğrunda 14 400 namizəd mübarizə aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR