Bank Of Baku

Xəstəxanada baş verən yanğın nəticəsində 5 körpə həlak olub

Xəstəxanada baş verən yanğın nəticəsində 5 körpə həlak olub
# 31 yanvar 2009 12:07 (UTC +04:00)
Hindistan – APA. Hindistanın şimalında yerləşən Patiala şəhərindəki xəstəxananın doğum şöbəsində baş vermiş yanğın nəticəsində 5 birhəftəlik körpə həlak olub.
APA-nın məlumatına görə, «Racindra» Dövlət Xəstəxanasında yanğının qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Həlak olan körpələr sarılıqdan müalicə olunurdular və məhz işıq müalicəsi aparatındakı nasazlaq səbəbindən yanğın baş verib.
Daha 5 körpəni xilas etmək mümkün olub, onlardan biri xəsarət alıb.
Pəncab ştatının başçısı bəyan edib ki, artıq hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Körpələri həlak olan valideynlərə 100 min rupi (təxminən 2 min ABŞ dolları) kompensasiya ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR