Bank Of Baku

İsrail Qəzza zolağına raket zərbəsi endirib

İsrail Qəzza zolağına raket zərbəsi endirib
# 02 fevral 2009 07:36 (UTC +04:00)
APA-nın məlumatına görə, HAMAS hərəkatı zərbənin polis məntəqəsinə endirildiyini bildirib. Atəş nəticəsində xəsarət alan olmayıb, İsrail atəşdən əvvəl yerli sakinləri əraziyə zərbə endiriləcəyi ilə bağlı xəbərdar edib. Qeyd edək ki, Qəzza zolağına raket zərbəsi baş nazir Ehud Olmertin HAMAS-ın hərəkətlərinə qeyri-proporsional cavab veriləcəyi ilə bağlı bəyanatından bir neçə saat sonra endirilib. Bazar günü HAMAS döyüşçüləri İsrail ərazisinə çoxlu sayda “Kassam” raketləri atıblar.

İsrailin Qəzza zolağında apardığı əməliyyat yanvarın 18-də başa çatıb, lakin münaqişə tərəfləri hələ də atəşkəs haqqında rəsmi saziş imzalamayıblar. Danışıqlarda vasitəçilik edən Misirlə HAMAS arasında müzakirələrin ilkin nəticəsi bu gün açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR