Bank Of Baku

Bəzi ərəb ölkələri Türkiyənin baş nazirindən Fələstin məsələsinə qarışmamasını tələb ediblər

Bəzi ərəb ölkələri Türkiyənin baş nazirindən Fələstin məsələsinə qarışmamasını tələb ediblər
# 04 fevral 2009 11:13 (UTC +04:00)
Əbu-Dabi – APA. “Ərəb olmayan tərəflərin ərəb ölkələrində baş verən hadisələrə destruktiv şəkildə qarışmasından narahatlıq duyuruq”. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu sözləri ərəb ölkələri xarici işlər nazirlərinin Əbu-Dabidə keçirilən yığıncağında qəbul olunan bəyanatda əksini tapıb. Mətbuat üçün qapalı keçirilən toplantıda Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, İordaniya, Mərakeş, Tunis, Yəmən və Fələstin Muxtariyyətinin xarici işlər nazirləri iştirak edib. BƏƏ xarici işlər tərəfindən oxunan yekun bəyanatda iştirakçı ölkələrin ərəb dünyasının bu çətin dövründə problemlərin öhdəsindən gəlmək üçün birgə çalışdıqları bildirilir: “Məqsədimiz Fələstin xalqının yeganə təmsilçisi olan Fələstin idarəçiliyi və Fələstin Azadlıq Təşkilatına dəstəyimizi canlandırmaq, ərəb sülh təşəbbüsünə dəstək vermək üçün ərəb birliyini gücləndirməkdir”.

Türkiyəli müşahidəçilərin rəyinə görə, toplantıda verilən sərt mesaj Rəcəb Tayyib Ərdoğana ünvanlanıb. Türkiyə baş nazirinin Fələstin məsələsində önə çıxması və HAMAS-ı müdafiə etməsi ərəb rejimlərini narahat edib. Ərəb ölkələrinin liderləri İrana yaxın olan HAMAS-ın Fələstin məsələsində söz sahibi olmasını və güclənməsini istəmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR