Bank Of Baku

İsrailin yeni baş naziri Benyamin Netanyahu ola bilər

İsrailin yeni baş naziri Benyamin Netanyahu ola bilər
# 19 fevral 2009 13:15 (UTC +04:00)
Tel-Əviv – APA. İsraildə “Likud” Partiyasının lideri Benyamin Netanyahunun rəhbərliyi ilə yeni hökumətin qurulacağı gözlənilir. APA-nın “The Jerusalem Poist” qəzetinə istinadən verdiyi məlumata görə, yeni parlamentdə kilid rola malik “Bizim Evimiz - İsrail” Partiyasının lideri Aviqdor Liberman prezident Şimoin Pereslə görüşündə baş nazir postuna məhz B. Netanyahunu tövsiyə edib. Ancaq o, hökumət koalisiyasına Tsipi Livninin başçılıq etdiyi “Kadima” Partiyasının da daxil edilməsini istəyib.

Xatırladaq ki, İsraildə keçirilən parlament seçkilərinin nəticələrinə əsasən “Kadima” 28, “Likud” 27, “Bizim Evimiz - İsrail” isə 15 yer qazanıb. 120 yerlik qanunverici orqanda hökuməti formalaşdırmaq üçün azı 61 səsə ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR