Bank Of Baku

Müntəzər əl-Zeydi: “Buş İraqda 1 milyon qadını dul, 6 milyon uşağı yetim qoyub”

Müntəzər əl-Zeydi: “Buş İraqda 1 milyon qadını dul, 6 milyon uşağı yetim qoyub”
# 19 fevral 2009 15:14 (UTC +04:00)
Bağdad – APA. Ötən il dekabrın 14-də ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atdığına görə həbs olunan iraqlı jurnalist Müntəzər əl-Zeydi bu gün Bağdadda başlayan məhkəməsində əməlindən peşman olmadığını deyib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, M. əl-Zeydi mətbuat konfransında C. Buşu gördükdə gözünün döndüyünü bildirib: “Həmin an Buşun ayaqlarının altında iraqlıların qanından başqa bir şey təsəvvür etmədim. Buna dözə bilmədim və ayaqqabılarımı çıxarıb Buşa atdım. Peşman deyiləm. Buş İraqın qonağı deyil. Bizdə qonaq 3 gündən sonra qonaq sayılmır. Buş isə 6 ildir İraqdadır. O, qonaq yox, işğalçıdır”. Müntəzər əl-Zeydi Buşun fəaliyyəti nəticəsində İraqda 1 milyon qadının dul, 6 milyondan çox uşağın yetim qaldığını söyləyib: “Qadınlarımız təcavüzə məruz qalıb, evlərə basqınlar ediləcək insanlar həbs olunub, məscidlər dağıdılıb. Bütün bunlardan sonra Buşun heç nə olmamış kimi gülməsinə dözə bilmədim. Bu aksiyanı 2 il əvvəl Buş Əmmana gəldikdə həyata keçirəcəkdim, amma olmadı. Ayaqqabı atmaq üçün 2006-cı ildən bəri məşq edirdim”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR