Bank Of Baku

Qvineya-Bisau prezidenti öldürülüb

Qvineya-Bisau prezidenti öldürülüb
# 02 mart 2009 10:12 (UTC +04:00)
Bakı-APA. Qvineya-Bisau prezidenti Juan Bernardu Vieyra ölkədə baş verən silahlı toqquşmalar nəticəsində həlak olub. APA-nın məlumatına görə, prezident öz iqamətgahını tərk etmək istəyən zaman əsgərlər tərəfindən güllələnib. Ölkənin hərbi komandanlığı prezidentin qaçmaq istəyən zaman bir müddət əvvəl öldürülmüş Silahlı Qüvvələr baş qərargah rəisinə tabe olan hərbçilər tərəfindən güllələnməsi faktını təsdiqləyib. Hərbçilər baş qərargah rəisinin prezidentin göstərişi ilə öldürüldüyünü iddia edirlər. Hazırda Qvineya-Bisau prezidentinin iqamətgahında atışma gedir. Qeyd edək ki, bazar gününə keçən gecə Silahlı Qüvvələr Baş Qərargahında güclü partlayış baş verib və nəticədə baş qərargah rəisi general Taqme Na Baie həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR