Bank Of Baku

İraq məhkəməsi sabiq xarici işlər naziri Tarik Əziz barədə bəraət hökmü çıxarıb

İraq məhkəməsi sabiq xarici işlər naziri Tarik Əziz barədə bəraət hökmü çıxarıb
# 02 mart 2009 14:31 (UTC +04:00)
Bağdad-APA. İraq məhkəməsi baş nazirin sabiq müavini və xarici işlər naziri Tarik Əziz barədə bəraət hökmü çıxarıb. APA-nın məlumatına görə, məhkəmə Səddam Hüseyn hökumətinin daha iki üzvünə də bəraət verib. Sabiq müdafiə naziri Əli Həsən əl-Məcid isə üçüncü dəfə ölüm hökmünə məhkum edilib. Məhkəmə “Kimyəvi Əli”ni insanlığa qarşı cinayətlər törətməkdə suçlandırıb. O, ölkənin şiə əhalisinə qarşı kimyəvi silahdan istifadə eədərək kütləvi qırğınlar törətməkdə ittiham olunub.

73 yaşlı Tarik Əziz səhhəti ilə əlaqədar məhkəmə iclaslarına qatılmayıb. Bundan əvvəl o ərzağın qiymətini qaldıran iraqlı biznesmenləri edam etməkdə ittiham olunur. İttihamları rədd edən Tarik Əziz bildirib ki, bu cinayət işi şiələrin qisas almaq cəhdindən başqa bir şey deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR