Bank Of Baku

Fələstinin baş naziri istefa verib

Fələstinin baş naziri istefa verib
# 07 mart 2009 11:45 (UTC +04:00)
Qəzza-APA. Fələstin muxtariyyətinin baş naziri Salam Fayyad istefa verib. APA-nın məlumatına görə, baş nazir öz addımını milli birlik hökumətinin yaradılmasının zəruriliyi ilə əsaslandırıb. Qeyd edək ki, Salam Fayyad 2007-ci ilin iyununda prezident Mahmud Abbasın fərmanı ilə bu vəzifəyə təyin olunub. Maraqlıdır ki, Fələsitn parlamenti hələ də Fayyadı baş nazir postuna təsdiqləməyib. İordan çayının Qərb sahilində milli birlik hökumətinin yaradılması ideyası İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatdan sonra gündəmə gəlib. İordan çayının Qərb sahili FƏləstin Azadlıq Təşkilatının, Qəzza zolağı isə “HAMAS”ın nəzarəti altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR