Bank Of Baku

İranın İsfahan şəhərinin prokuroru öldürülüb

İranın İsfahan şəhərinin prokuroru öldürülüb
# 16 mart 2009 15:04 (UTC +04:00)
İsfahan – APA. İranın İsfahan şəhərinin prokuroru Əhməd Rza Təvallai öldürülüb. APA-nın xəbərinə görə, bu barədə İran radiosu məlumat yayıb. Prokuror bu gün səhər öz evinin qarşısında güllələnib. Qatil polisə təslim olub. Hələlik qətlin motivləri bəlli deyil. Xatırladaq ki, yanvar ayında Xuzistan əyalətinin prokuroru da öldürülmüşdü.

Qeyd edək ki, İranda hakimlər və prokurorlar adətən məhkumların yaxın qohumları tərəfindən qisas məqsədilə qətlə yetirilir. Ötən il ölkədə 150-dən çox adam edam edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR