Bank Of Baku

ABŞ Hərbi Hava Qüvvələri İrana məxsus pilotsuz uçan aparatı vurub

ABŞ Hərbi Hava Qüvvələri İrana məxsus pilotsuz uçan aparatı vurub
# 16 mart 2009 16:41 (UTC +04:00)
Bakı – APA. ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi İraq səmasında İrana məxsus pilotsuz uçan aparatı vurub. APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, iraqlı hərbçilər bildiriblər ki, İrana məxsus pilotsuz uçan aparat səhvən İraqın hava sərhədini pozaraq, 10 km içəriyə daxil olduqdan sonra vurulub.

Hadisə paytaxt Bağdadın 100 km-liyində baş verib. Pilotsuz uçan aparatın nə vaxt vurulduğu məlum deyil. Təkcə o məlumdur ki, hadisə bir neçə həftə əvvəl, 2009-cu ilin fevralında qeydə alınıb.

ABŞ və İran hərbçiləri isə baş verənləri şərh etməkdən imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR