Bank Of Baku

Dubayda sui-qəsdə məruz qalan Sulim Yamadayev xəstəxanada dünyasını dəyişib

Dubayda sui-qəsdə məruz qalan Sulim Yamadayev xəstəxanada dünyasını dəyişib
# 30 mart 2009 15:01 (UTC +04:00)
Dubay-APA. Sui-qəsdə məruz qalan “Vostok” çeçen batalyonunun sabiq komandiri Sulim Yamadayev xəstəxanada dünyasını dəyişib. APA-nın məlumatına görə, bu xəbəri Rusiyanın Dubaydakı baş konsulu Sergey Krasnoqor təsdiqləyib. O bildirib ki, Yamadayevin ölməsi xəbərini Dubay polisindən alıb. “Gulfnews” qəzeti isə Yamadayevə sui-qəsd edən şəxsin artıq həbs olunması barədə məlumat yayıb. Həmin şəxsin adı açıqlanmasa da, Rusiya vətəndaşı olduğu bildirilir. Həbsin detalları açıqlanmır.

Qeyd edək ki, “Vostok” batalyonunun sabiq komandiri Sulim Yamadayevə sui-qəsd təşkil olunması xəbəri dünən təsdiqlənib. APA-nın məlumatına görə, “Exo Moskvı” radiostansiyası Sulim Yamadayevə Dubayda sui-qəsd edildiyi, lakin sabiq komandirin sağ qaldığı barədə xəbər yayıb. Bundan əvvəl isə “Reuters” agentliyi Dubayda 1973-cü il təvəllüdlü, milliyyətcə çeçen olan Süleyman Madov adlı şəxsin öldürüldüyü barədə məlumat yaymışdı. Həmin şəxsin evinin qarşısında güllələndiyi bildirilirdi. Polisin məlumatına görə, öldürülən şəxs bir müddət qatillər tərəfindən izlənib. Qeyd edək ki, Rusiyada Süleyman Yamadayevə qarşı üç maddə üzrə cinayət işi qaldırılıb. O iki nəfəri qətlə yetirməkdə və insan oğurluğunda ittiham olunur. Ötən ilin sentyabrında Sulim Yamadayevin qardaşı Ruslan Yamadayev Moskvada qətlə yetirilib. Yamadayev qardaşının Çeçenistan prezidenti Ramzan Kadırovun göstərişi ilə öldürülməsi xəbərinə inanmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR