Bank Of Baku

Lahor Polis Akademiyasına basqın edən terrorçular zərərsizləşdirilib

Lahor Polis Akademiyasına basqın edən terrorçular zərərsizləşdirilib
# 30 mart 2009 15:32 (UTC +04:00)
İslamabad-APA. Lahor Polis Akademiyasına hücum edən terrorçulardan 6 nəfəri zərərsizləşdirilib. APA-nın məlumatına görə, polis daha 6 terrorçunu həbs edib, iki terrorçu isə təslim olmayaraq intihara üstünlük verib. Hazırda Pakistan hüquq-mühafizə orqanları Polis Akademiyasının binasını tam şəkildə nəzarətə götürüblər. Qeyd edək ki, terrorçuların Polis Akademiyasına basqını nəticəsində 11 nəfər ölüb. Lakin qeyri-rəsmi məlumatlara görə, basqın zamanı 20 kursant terrorçuların qurbanı olub. Hələlik hücuma görə məsuliyyəti öz üzərinə heç bir terror təşkilatı götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR