Bank Of Baku

Buşa ayaqqabı atan jurnalistin həbs cəzası 3 ildən 1 ilə endirilib

Buşa ayaqqabı atan jurnalistin həbs cəzası 3 ildən 1 ilə endirilib
# 07 aprel 2009 16:32 (UTC +04:00)
Bağdad – APA. ABŞ prezidenti Corc Buşa ayaqqabı atdığı üçün 3 illik həbs cəzasına məhkum edilmiş iraqlı jurnalist Müntəzir Zeydinin cəzası 1 ilə endirilib. APA-nın məlumatına görə, jurnalistin vəkili Ziya Sədi AFP-yə bildirib ki, apellyasiya məhkəməsi bu qərarı verərkən Zeydinin gəncliyini, hadisənin baş vermə şəraitini və onun həbsxanadakı nümunəvi davranışını nəzərə alıb.

Qeyd edək ki, M. Zeydi ötən ilin dekabrında İraqa səfər etmiş C. Buş baş nazir Maliki ilə birgə mətbuat konfransı keçirərkən ona ayaqqabısını atmışdı. O, qonaq prezidentə qarşı təhqir və hücuma yol verməkdə təqsirli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR