Bank Of Baku

Hindistanda parlament seçkiləri keçiriləcək

Hindistanda parlament seçkiləri keçiriləcək
# 09 aprel 2009 09:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. 2009-cu ilin aprel-may aylarında Hindistanda 15-ci Lok Sabhaya (Hindistan Parlamentinin Xalq Palatasına) seçkilər keçiriləcək. Hindistanın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, seçkilər nəticəsində 543 yeni millət vəkili müəyyənləşəcək. 1.1 milyard əhalisi olan ölkədə seçicilərin sayı 714 milyon nəfərdir, 828.000 seçki məntəqəsi, 1.37 milyon elektron səsvermə aparatı və 5.5 milyon məntəqə seçki komissiyası üzvü var. Bu seçkilərdə Lok Sabhaya (Xalq Palatası və ya Parlamentin Aşağı Palatası) 714 milyon seçici 543 millət vəkili seçiləcək. 2004-cü ildə keçirilmiş parlament seçkilərində elektoratın sayı 671 milyon nəfər olub. Seçkilər 5 mərhələdə – aprelin 16-dan mayın 13-nə kimi keçiriləcək. Artıq seçicilərin 82 faizinə şəkilli vəsiqələr paylanıb, bu metoddan ilk dəfə istifadə olunur. Səsvermənin nəticələri mayın 16-da sayılacaq, növbəti Lok Sabha 2 iyun 2009-cu il tarixə qədər çağırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR