Bank Of Baku

İranda 15 kürd terrorçusu edam cəzasına məhkum edilib

İranda 15 kürd terrorçusu edam cəzasına məhkum edilib
# 17 aprel 2009 11:15 (UTC +04:00)
Tehran – APA. İranda PKK/PJAK terror təşkilatının üzvü olan 15 nəfər edam cəzasına məhkum edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, İran təhlükəsizlik qüvvələrinin əməliyyatları zamanı yaxalanmış bu terrorçuların məhkəmə prosesi başa çatıb. İran vətəndaşı olan 15 nəfər terror aksiyaları həyata keçirmək, silahlı basqın və qarət törətmək, adam oğurluğu, bölgə əhalisini hədələmək, İranın milli təhlükəsizliyinə zidd əməllərə yol vermək və terror təşkilatına maddi dəstək məqsədilə narkotik maddə ticarəti ilə məşğul olmaqda günahkar bilinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR