Bank Of Baku

Səudiyyə Ərəbistanı Kosovonu tanıyıb

Səudiyyə Ərəbistanı Kosovonu tanıyıb
# 21 aprel 2009 08:18 (UTC +04:00)
Ər-Riyad – APA. Səudiyyə Ərəbistanı hökuməti Kosovonun dövlət müstəqilliyinin rəsmən tanınması barədə qərar qəbul edib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Səudiyyə Ərəbistanı hökuməti Kosovo xalqı ilə dini-mədəni münasibətləri nəzərə alaraq, eyni zamanda onların müstəqillik arzusuna hörmət əlaməti olaraq Kosovo Respublikasını tanıdığını bəyan edir.
Qeyd edək ki, indiyədək Kosovonu 58 dövlət tanıyıb. Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərindən sonra Kosovonu tanıyan ikinci ərəb dövləti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR