Bank Of Baku

Pakistan prezidenti: “Bizim kəşfiyyat bin Ladenin öldüyünü düşünür”

Pakistan prezidenti: “Bizim kəşfiyyat bin Ladenin öldüyünü düşünür”
# 27 aprel 2009 14:01 (UTC +04:00)
İslamabad – APA. Pakistan kəşfiyyatı “Əl-Qaidə” lideri Üsamə bin Ladenin öldüyünü düşünür. APA-nın xəbərinə görə, bunu Pakistan prezidenti Asif Əli Zərdari deyib. O, amerikalıların bin Ladenin yaşayıb-yaşamadığını bilmədiklərini söyləyib: “Onların bin Ladeni axtarmaq üçün texniki imkanları bizimkindən çoxdur. Bizim kəşfiyyatımız isə onun artıq bu dünyada olmadığını düşünür, amma sübut yoxdur”.

A. Ə. Zərdari ölkəsinin nüvə silahlarının etibarlı əllərdə olduğunu da vurğulayıb. O, Pakistanın nüvə silahları üzərində güclü komanda-nəzarət sisteminin olduğunu bildirib. Xatırladaq ki, ABŞ dövlət katibi Hillari Klinton Pakistanın nüvə arsenalının “Taliban”ın əlinə keçməsi ehtimalından narahat olduqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR