Bank Of Baku

Keçmiş prezidentin məhkəməsi başlayıb

Keçmiş prezidentin məhkəməsi başlayıb
# 14 may 2009 10:34 (UTC +04:00)
Tel-Əviv – APA. Tel-Əvivdə İsrailin keçmiş prezidenti Moşe Katsavın məhkəməsi başlayıb. APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, M. Katsav zorlamada və Turizm Nazirliyinin xanım əməkdaşlarından birinə, eləcə də prezident administrasiyasının azı bir xanım əməkdaşına qarşı seksual xarakterli hərəkətlərə yol verməkdə ittiham olunur. M. Katsav məhkəməyə gələrkən jurnalistlərə açıqlamasında prosesin uzun çəkəcəyini və öz günahsızlığını sübut edəcəyini bildirib: “Bir il əvvəl mən istintaqla sövdələşmədən imtina edərək tam bəraət almağa üstünlük verdim. Bu gün öz irədəmlə buradayam”. Məhkəmə prosesində 56 şahidin dindirilməsi planlaşdırılır. Prosesin başlamasından əvvəl məhkəmə binası qarşısına toplaşan insanlar sabiq prezidentin əleyhinə şüarlar qışqırıblar.

Qeyd edək ki, M. Katsava qarşı 2009-cu ilin martında ittiham irəli sürülüb. İki il əvvəl o, istintaqla razılaşma əldə edib və bunun nəticəsində zorlama ilə bağlı ittihamlar götürülüb. Ancaq sonradan M. Kastsav bu razılaşmadan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR