Bank Of Baku

Misirdə 24 nəfər barəsində edam hökmü çıxarılıb

Misirdə 24 nəfər barəsində edam hökmü çıxarılıb
# 19 may 2009 07:12 (UTC +04:00)
Qahirə - APA. Misir məhkəməsi qətldə təqsirli bilinən 24 nəfər barəsində edam hökmü çıxarıb. APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxslərdən 9-u qiyabi olaraq bu cəzaya məhkum edilib.

Mühakimə olunanlar şəxsi mühafizəyə daxil olan qruplar arasında baş vermiş atışmada iştirak ediblər. 2008-ci ilin martında Beheyr əyalətində baş vermiş atışmada 11 nəfər ölüb, 27 nəfər yaralanıb.

İnsidentin iştirakçısı olan mühafizəçilərin bir-biri ilə rəqabət aparan iki şirkət tərəfindən tutulduğu məlum olub. Bu şirkətlər Nil vadisindəki torpaqlara sahib olmaq uğrunda mübarizə aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR