Bank Of Baku

Pakistanda törədilən terror aktında ən azı 30 nəfər ölüb, 116 nəfər yaralanıb

Pakistanda törədilən terror aktında ən azı 30 nəfər ölüb, 116 nəfər yaralanıb
# 27 may 2009 10:40 (UTC +04:00)
Lahor-APA. Pakistanın Lahor şəhərində törədilən terror aktı nəticəsində ən azı 30 nəfər ölüb, 116 nəfər yaralanıb. APA-nın məlumatına görə, terrorçu partlayıcı yüklənmiş maşını şəhər xilasetmə idarəsinin qarşısında işə salıb. Ekspertlər partlayışın gücünün 100 kiloqram trotil ekvivalentində olduğunu bildirirlər. Hələlik terror aktına görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib. Hüquq-mühafizə orqanları terror aktının “Taliban” hərəkatı tərəfindən törədildiyini iddia edir. Qeyd edək ki, Lahorda sonuncu terror aktı martın 30-da törədilmişdi. Taliblərin şəhər polis akademiyasına hücumu nəticəsində 10 nəfər ölüb, 95 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR