Bank Of Baku

İranın Zahedan şəhərindəki məsciddə baş verən partlayış nəticəsində 30 nəfər ölüb

İranın Zahedan şəhərindəki məsciddə baş verən partlayış nəticəsində 30 nəfər ölüb
# 29 may 2009 07:22 (UTC +04:00)
Zahedan – APA. Mayın 28-də İranın cənub-şərqindəki Zahedan şəhərində bir məsciddə partlayış baş verib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, məsciddə Həzrəti Fatimənin ölüm günü qeyd edilirmiş. Bu səbəblə məscidə hər zamankından daha çox insan gəlib. Terror aksiyası nəticəsində məscidin bir hissəsi uçub, 30 nəfər ölüb, 35 nəfər yaralanıb. Hadisə yerində müstəntiqlər işləyir.

Qeyd edək ki, Sistan və Belucistan əyalətinin mərkəzi olan Zahedan şəhəri Pakistan və Əfqanıstan sərhədləri yaxınlığında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR