Bank Of Baku

Üsamə bin Ladenin yeni videomüraciəti yayılıb

Üsamə bin Ladenin yeni videomüraciəti yayılıb
# 03 iyun 2009 15:21 (UTC +04:00)
Vaşinqton – APA. “Əl-Qaida” lideri Üsamə bin Ladenin yeni videomüraciəti yayılıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Əl-Cəzirə” telekanalında yayımlanan müraciətində Laden ABŞ prezidenti Barak Obamanı Corc Buşun müsəlmanlara qarşı başlatdığı müharibəni davam etdirməkdə suçlayıb. O bildirib ki, amerikalılar Ağ Evin siyasətinin nəticələrinə hazırlaşmalıdır.

Xatırladaq ki, B. Obama hazırda Yaxın Şərqdə səfərdədir. O, Səudiyyə Ərəbistanına səfərini yekunlaşdırdıqdan sonra Misirə gedərək burada islam aləminə müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR