Bank Of Baku

Pakistanda baş verən terror aktı nəticəsində 40-a yaxın adam ölüb

Pakistanda baş verən terror aktı nəticəsində 40-a yaxın adam ölüb
# 05 iyun 2009 14:39 (UTC +04:00)
İslamabad – APA. Pakistanın Həyaqay kəndindəki məsciddə baş verən terror aktı nəticəsində 40-a yaxın adam ölüb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, kəndin aid olduğu Yuxarı Dir rayon administrasiyasının əməkdaşı yaralıların sayının bəlli olmadığını bildirib. Yerli sakinlərdən biri insan bədənlərinin ayrı-ayrı hissələrinin məscidin ərazisinə səpələndiyini deyib.

Faktla bağlı açıqlama verən Pakistanın baş naziri Yusuf Rza Gilani bəyan edib ki, hökumət terrorun kökünü kəsməkdə qərarlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR