Bank Of Baku

İraqda koalisiya qüvvələri ümumilikdə 4 628 əsgəri həlak olub, ən azı 31 327 əsgər isə yaralanıb

İraqda koalisiya qüvvələri ümumilikdə 4 628 əsgəri həlak olub, ən azı 31 327 əsgər isə yaralanıb
# 06 iyun 2009 08:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. İraqda 2003-cü ildən bu günədək davam edən hərbi əməliyyatlarda koalisiya qüvvələri ümumilikdə 4 628 əsgəri həlak olub, ən azı 31 327 əsgər isə yaralanıb. APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, koalisiya qüvvələrinin İraqdakı itkisi 2001-ci ildən bu günədək Əfqanıstandakı itkilərdən 3,9 dəfə çox olub.

İraqda müharibə dövründə ABŞ 4 311, İngiltərə 179, İtaliya 33, Polşa 22, Ukrayna 18, Bolqarıstan 13, İspaniya 11, Danimarka 7, Gürcüstan 5, Salvador 5, Slovakiya 4, Rumıniya və Latviya hər biri 3, Niderland, Estoniya, Avstraliya və Tailand hər biri 2, Azərbaycan, Çexiya, Fici, Macarıstan, Qazaxıstan, Cənubi Koreya isə hər biri 1 hərbçisini itirib.

2001-ci ildən, sərt şəraitli Əfqanıstanda isə koalisiya qüvvələrinin 1 159 hərbçisi həlak olub, 2 937 hərbçisi isə yaralanıb. İtkilərə 690 nəfərlə ABŞ başçılıq edir. Sonrakı yerləri İngiltərə (166), Kanada (118), Almaniya (27), Fransa (26), İspaniya (25), Danimarka (21), Niderlan (19), İtaliya (13), Rumıniya (11), Avstraliya (10), Polşa (9), Norveç (4), Çexiya (3), Estoniya (3), Latviya (3), Macarıstan, Portulaqiya, və İsveç (hər biri 2), Litva və Cənubi Koreya (hər biri 1) tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR