Bank Of Baku

Pakistanda oteldə partlayış törədilib, BMT-nin əməkdaşı da olmaqla 11 nəfər ölüb, 46 nəfər yaralanıb

Pakistanda oteldə partlayış törədilib, BMT-nin əməkdaşı da olmaqla 11 nəfər ölüb, 46 nəfər yaralanıb
# 10 iyun 2009 07:24 (UTC +04:00)
Bakı – APA. İyunun 9-da Pakistanın Pişəvər şəhərindəki “Pearl Continental” otelində partlayış törədilib. APA-nın AP-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 11 nəfər ölüb, 46 nəfər yaralanıb.

Pakistanın Pişəvər şəhərinin yerləşdiyi Şimal-Qərb əyalətinin polis rəisi ölənlərin sayının arta biləcəyini deyib. İlkin məlumatlara görə, ölənlər və yaralananlar arasında xarici vətəndaşlar da var. Ölənlərdən birinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı olduğu bildirilir. Partlayışı terrorçu-kamikadze törədib. O, içərisində partlayıcı olan avtomobili beşulduzlu otelin yanında saxlayıb və partlayıcıları işə salıb.

Törədilmiş partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Artıq BMT baş katibi Pan Gi Mun törədilmiş terror aktını pisləyib.

Qeyd edək ki, Pişəvər şəhərinin yerləşdiyi əyalətdə hökumət qüvvələri ilə “Taliban” döyüşçüləri arasında tez-tez toqquşmalar baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR