Bank Of Baku

Çin ABŞ-ın “Quantanamo” həbsxanasında saxlanılan uyğurları üçüncü ölkəyə göndərməsinə etiraz edir

Çin ABŞ-ın “Quantanamo” həbsxanasında saxlanılan uyğurları üçüncü ölkəyə göndərməsinə etiraz edir
# 11 iyun 2009 11:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rəsmi Pekin ABŞ-dan “Quantanamo” həbsxanasında saxlanılan və terrorizmdə günahlandırılan 17 uyğuru Çinə qaytarmağa çağırıb. APA-nın məlumatına görə, bu barədə Çin XİN rəsmisi Tsin Qan bəyan edib. O, ABŞ-ın həmin məhbusları Sakit okeanda yerləşən Palau ada ölkəsinə vermək niyyətini pisləyib: “Biz ABŞ-ı BMT Təhlükəsizlik Şurasının terrorizmlə və uyğur terrorçularının üçüncü tərəfə, Çinə qaytarılması barədə qətnaməsini yerinə yetirməyə çağırırıq”.

T. Qan Sintszyan-Uyğur muxtar rayonunda fəaliyyət göstərən «Şərgi Türkestan» təşkilatının terror təşkilat olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR