Bank Of Baku

Rəcəb Səfərov: “İranda keçirilən seçkilərdə müxalifət namizədinin qalib gəlməsi ehtimalı realdır”

Rəcəb Səfərov: “İranda keçirilən seçkilərdə müxalifət namizədinin qalib gəlməsi ehtimalı realdır”
# 12 iyun 2009 16:36 (UTC +04:00)
Moskva. R.Mətləboğlu-APA. “İranda keçirilən prezident seçkilərində Mahmud Əhmədinejaddan başqa digər nazmidəni qalib gəlməsi ehtimalı realdır”. Bu eksklüziv açıqlamanı APA-nın Moskvadakı müxbirinə Müasir İranın Öyrənilməsi Mərkəzinin direktoru Rəcəb Səfərov verib. Onun sözlərinə görə, İranda inzibati resurslar Rusiya və digər Avropa ölkələrində olduğu qədər inkişaf etməyib və nə qədər qəribə olsa da, İran cəmiyyəti Qərb ölkələrinə nisbətən daha demokratikdir: “Məsələn, danılmaz faktdır ki, nə ordu, nə İslam İnqilabının Keşikçiləri Korpusu, nə polis seçki prosesinə müdaxilə edə bilməz. Düşünmürəm ki, Mahmud Əhmədinejadın öz maraqları üçün istifadə edə biləcəyi, seçkilərin nəticələrinə təsir edəcək real təzyiq rıçaqları var”. Ekspertin fikrincə, Əhmədinejadın komandası ilə bağlı elə adamlar var ki, hakimiyyət dəyişikliyi imkanını həyəcanla izləyirlər: “Digər tərəfdən bu məmurlar indiki hakimiyyəti açıq-aşkar müdafiə edə bilmirlər, çünki seçkilərdə məhz digər namizədin qalib gəlmək şansı realdır. Məhz buna görə də yerli hakimiyyət orqanları hər şeyi çox korrekt və qanuni şəkildə edirlər”. Rəcəb Səfərov əlavə edib ki, indiki seçkilər son dərəcə şəffaf və hazırkı hakimiyyətin tənqidi şəraitində keçirilir: “Əhmədinejad isə digər namizədlərə qarşı iddia sürə bilmir, çünki həmin şəxslər hakimiyyətdə olmayıblar. Lakin bir maraqlı məqam var, ötən il İranın dini lideri Ayətulla Xamneyi Əhmədinejadın ikinci müddətə prezident seçilməsinə xeyir-dua verib. Bu cür dəstəyə sahib olan Əhmədinejadla rəqabətə girmək digər namizədlər üçün çox çətindir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR