Bank Of Baku

Polotoloq Sergey Demidenko: “Seçkilərdən sonra İranın Birləşmiş Ştatlar arasında yaxınlaşma olacağını gözləyirəm”

Polotoloq Sergey Demidenko: “Seçkilərdən sonra İranın Birləşmiş Ştatlar arasında yaxınlaşma olacağını gözləyirəm”
# 12 iyun 2009 16:47 (UTC +04:00)
Moskva. R.Mətləboğlu-APA. “Bu gün keçirilən seçkilərdə indiki prezidentin qalib gələcəyinə inanıram. Tək ona görə yox ki, o, qalib gəlmək üçün əlindəki inzibati resurslardan istifadə edəcək. Əhmədinejad əhalinin yoxsul kütləsinin ümid yeridir. Buna görə də seçkilərdə onun qalib gəlməsində dini dairələr və yoxsul əhali kateqoriyası əsas rol oynayacaq”. Bu açıqlamanı APA-nın Moskvadakı müxbirinə politoloq Sergey Demidenko verib. Onun sözlərinə görə, İranın islamçı dini dairələri Əhmədinejadın teledebatlardakı son çıxışlarından razı qalmayıblar: “Bununla belə hesab edirəm ki, son nəticədə Əhmədinejad öz postunu qoruyub saxlamış olacaq. Buna rəğmən İranın həm xarici, həm daxili kursunda dəyişikliklər olacaq, hər iki istiqamətdə ABŞ-la yaxınlaşma gözləyirəm. ABŞ və İranın maraqları Əfqanıstan məsələsinsə üst-üstə düşür. Vaşinqton İran olmadan İraqda ciddi dəyişikliyə nail ola bilməyəcək. Ən əsası isə Əhmədinejad istənilən halda daxili siyasi kursu dəyişməli olacaq. O ölkədə münbit sərmayə qoyuluşu şəraiti yaratmalıdır, əks təqdirdə onu ciddi çətinliklər gözləyir”. Sergey Demidenko bildirib ki, İran nüvə proqramını inkişaf etdirməkdə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR