Bank Of Baku

İranda islahatçı liderlər Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

İranda islahatçı liderlər Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb
# 20 iyul 2009 10:52 (UTC +04:00)
Bakı – APA. İranda islahatçı qanadın liderləri – prezidentliyə keçmiş namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, sui-qəsdi həyata keçirmək istəyən 5 nəfərlik terrorçu qrupdan 4-ü yaxalanıb. Terrorçuların İrandakı mövcud rejimi devirmək üçün silahlı mübarizə aparan “Xalqın Mücahidləri” təşkilatının üzvü olduqları və ölkəyə qonşu İraqdan keçdikləri bildirilir. Onlar Musəvi və Kərrubini öldürərək günahı rejimin üzərinə atmaq və xalqı üsyana təhrik etmək məqsədi güdürmüş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR