Bank Of Baku

Baş nazirin oğlu hərbi xidmətə çağırılıb

Baş nazirin oğlu hərbi xidmətə çağırılıb
# 21 iyul 2009 12:14 (UTC +04:00)
Bakı – APA. İsrail baş naziri Benyamin Netanyahunun böyük oğlu üç illik həqiqi hərbi xidmətə çağırılıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, 18 yaşlı Yair Netanyahunu hərbi xidmətə yola salmaq üçün baş nazirin özü şəxsən çağırış məntəqəsinə gəlib. Həyat yoldaşı Sara və kiçik oğlu Avner də onun yanında olub.
Qeyd edək ki, Benyamin Netanyahu gənclik yaşlarında xüsusi təyinatlı dəstənin zabiti olub. Baş nazirin oğlu döyüş kursu keçdikdən sonra hərbi xidmətini ordunun mətbuat xidmətində keçəcək. Bu zaman onun yanında mühafizəçi də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR