Bank Of Baku

İranda baş verən növbəti təyyarə qəzasında 30 nəfər ölüb, 20 nəfər yaralanıb

İranda baş verən növbəti təyyarə qəzasında 30 nəfər ölüb, 20 nəfər yaralanıb
# 25 iyul 2009 07:03 (UTC +04:00)
Qəza nəticəsində 30 nəfər ölüb, 20 nəfər yaralanıb. “Aria Air” şirkətinə məxsus “İl-62M” tipli təyyarə eniş edərkən şassidə yanğın baş verib. Göyərtəsində 160 sərnişin olan təyyarə uçuş zolağından çıxaraq, tikiliyə çırpılıb. Zərbədən pilot kabinəsində yanğın başlayıb.

Aeroportun ictimaiyyətlə əlaqələr departamentinin rəisi hadisənin təyyarədə yaranmış texniki problemlərdən baş verdiyini bildirib.

Qeyd edək ki, bu, son 10 gün ərzində İranda baş vermiş ikinci təyyarə qəzasıdır. İyulun 15-də İranın “Caspian Airlines” şirkətinə məxsus “Tu-154M” tipli təyyarə Tehrandan İrəvana uçarkən İran paytaxtının 200 km-liyində qəzaya uğrayıb. Təyyarədə olan 168 sərnişinin və 15 ekipaj üzvünün hamısı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR