Bank Of Baku

İran prezidenti qudasını ölkənin birinci vitse-prezidenti vəzifəsindən azad edib

İran prezidenti qudasını ölkənin birinci vitse-prezidenti vəzifəsindən azad edib
# 25 iyul 2009 07:50 (UTC +04:00)
Bakı – APA. İran prezidenti Mahmud Əhmədinejad birinci vitse-prezident təyin etdiyi qudası İsfəndiyar Rəhim Maşaini birinci vitse-prezident vəzifəsindən azad edib. APA-nın “İRNA”ya istinadən xəbərinə görə, bu addım ölkənin ali dini lideri ayətullah Seyyid Əli Xamneyininin tələbi ilə atılıb.
Qeyd edək ki, dini lider məsələ ilə bağlı bu həftənin ilk günündə prezidentə məktub göndərib. Əvəzində Əhmədinejad Xamneyidən vaxt istəyib, cümə günü isə məktubun məzmunu mətbuata açıqlanıb. Fakt qarşısında qalan prezident qudasını istefaya göndərib.
Maraqlıdır ki, iyulun 17-dək adi vitse-prezident postunu tutan Maşai cəmi 3 gün birinci vitse-prezident vəzifəsini tutub, sonra isə prezidentlə yaxın qohumluğunu əsas gətirərək könüllü şəkildə istefa verib. Amma Əhmədinejad istefanı qəbul etməyib.
Əlavə edək ki, Maşai “mühafizəkarlar” arasında ciddi nüfuz sahibi deyil. 2008-ci ilin yayında onun “İran və İsrail xalqları dost xalqlardır” ifadəsi ölkədə ciddi rezonans doğurmuşdu. Həmin ilin sonunda isə Maşai tərəfindən təşkil olunmuş forumun səhnəsinə “Qurani-Kərim”in rəqqasələr tərəfindən gətirilməsi etirazlara səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR