Bank Of Baku

Şimali İraqdakı Kürdüstan muxtar vilayətində parlament seçkiləri keçirilir

Şimali İraqdakı Kürdüstan muxtar vilayətində parlament seçkiləri keçirilir
# 25 iyul 2009 09:50 (UTC +04:00)
Bakı – APA. Bu gün Şimali İraqdakı Kürdüstan muxtar vilayətində parlament seçkiləri keçirilir. APA-nın məlumatına görə, 2,5 milyon seçici 24 siyasi qrupdan birini seçəcək. Onların hər birinin namizədlər siyahısının 30%-ni qadınlar təşkil edir.
111 deputat mandatı uğrunda 507 namizəd mübarizə aparır. Türkmənlərə 5, xristianlara 5 və ermənilərə 1 mandat nəzərdə tutulub. Qalan 100 yerə kürdlər seçiləcək.
Seçkiləri ABŞ, Avropa Birliyi və Ərəb Dövlətləri Liqasından 350 müşahidəçi izləyir.
Seçkilərdə Kürdüstan Demokratik Partiyasının qalib gəlməsi, onun lideri Məsud Bərzaninin yenidən Kürdüstan muxtariyyətinin lideri seçilməsi və İraq prezidenti Cəlal Təlabaninin Kürdüstan Yurdsevərlər Birliyi ilə koalisiya yaratması gözlənilir.
Bu ittifaqa qarşı müxalif olanların başında isə “Goran” (“Dəyişiklik”) təşkilatı gəlir. Bu siyasi qurum neft gəlirlərinə rəğmən, bölgənin hələ də yoxsul vəziyyətdə qalmasından və korrupsiya içində boğulmasından yaranan narazılıqlardan bəhrələnməyə çalışır. “Goran” lideri Nevşirvan Mustafa bölgənin sovet respublikası kimi idarə edildiyini bildirib: “Partiya ilə hökumət arasında fərq yoxdur. Məhkəmə müstəqil deyil. Milli sərvətlərdən gələn gəlir ədalətlə bölüşdürülmür. Demokratiyadan isə söhbət gedə bilməz”.
Seçkilər başa çatdıqdan sonra bütün seçki qutuları Ərbilə gətiriləcək və səslər orda sayılacaq. Seçkilərin nəticələri gələn həftə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR