Bank Of Baku

Çində “ikinci uşaq” yasağı aradan qaldırılır

Çində “ikinci uşaq” yasağı aradan qaldırılır
# 25 iyul 2009 10:23 (UTC +04:00)
Bakı – APA. Çində 30 ildir əhaliyə qarşı tətbiq olunan “ikinci uşaq” yasağı aradan qaldırılır. APA-nın xəbərinə görə, bu barədə “China Daily” qəzeti məlumat yayıb.
1979-cu ildən tətbiq olunan qadağanın aradan götürülməsinə səbəb əhalinin getdikcə yaşlanmasıdır. Artıq Çinin ən böyük şəhəri olan Şanxayda dövlət məmurları müxtəlif təbliğat vasitələrindən istifadə edərək ailələri ikinci uşaq dünyaya gətirməyə təşviq edirlər. Şanxayın Ailə Planlaması İdarəsindən bildiriblər ki, hələlik yalnız özləri də tək uşaq olan valideynlərə ikinci uşaq icazəsi veriləcək. Bu məqsədlə valideynlərə maddi və mənəvi yardım da ediləcək.
Qeyd edək ki, Şanxayda 60 yaşdan yuxarı 3 milyon nəfər yaşayır. Bu isə əhalinin 22%-ni təşkil edir. Lazımi tədbirlər görülməsə, bu rəqəm 2020-ci ildə 345-ə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR