Bank Of Baku

İranın Azərbaycandakı səfirliyi: Prezident iki naziri istefaya göndərib

İranın Azərbaycandakı səfirliyi: Prezident iki naziri istefaya göndərib
# 29 iyul 2009 13:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İran prezidenti Mahmud Əhmədinejad iki naziri istefaya göndərib. İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, təhlükəsizlik naziri Qulamhüseyn Mohseni Ejeini və mədəniyyət və islam irşad naziri Məhəmmədhüseyn Səffar Hərəndi vəzifələrindən kənarlaşdırılıblar.

Qeyd edək ki, bundan əvvəl Mahmud Əhmədinejad ölkənin dini lideri Əli Xamneyinin tələbi ilə özünün birinci müavini İsfəndiyar Rəhim Maşayini də istefaya göndərmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR