Bank Of Baku

“Əl-Qaida” Cakartada törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

“Əl-Qaida” Cakartada törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb
# 30 iyul 2009 08:02 (UTC +04:00)
Cakarta-APA. Cakarta otellərində törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə “Əl-Qaida” terror təşkilatının İndoneziya birləşmələri götürüb. APA-nın məlumatına görə, dünən polisə elektron məktub göndərən təşkilatın liderlərindən Məhəmməd Top adlı şəxs bunu etiraf edib. O “Əl-Qaida”nın İndoneziya birləşmələrinin rəhbərlərindən biri olmaqla yanaşı, həm də “Cemaa İslamiyyə” islamçı qruplaşması ilə sıx əlaqələrə malikdir. Xatırladaq ki, hakimiyyət orqanları terror aktının məhz “Cemaa İslamiyyə” tərəfindən törədildiyini iddia edir. Məhəmməd Top məktubunda bu versiyanı təsdiqləyib və bildirib ki, “Cemaa İslamiyyə” terror aktlarını “Əl-Qaida” ilə koordinasiya olunmuş şəkildə gerçəkləşdirib. Hazırda ekspertlər məktubun hazırda Malayziyada gizləndiyi güman olunan Məhəmməd Topa məxsusluğunu araşdırır. Polis 2002-ci ildə Bali adasında törədilən və 202 nəfərin ölümünə səbəb olan terror aktının da Məhəmməd Top tərəfindən planlaşdırıldığını güman edir. Son yeddi ilə ərzində onu bir neçə dəfə tutmaq imkanı olsa da, terrorçu aradan çıxmağa müvəffəq olub. Xatırladaq ki, iyulun 17-də Cakartadakı “Ritz-Carlton” və “Marriot” otellərində törədilən partlayışlar nəticəsində 8 nəfər ölüb. Onlardan dördü xarici ölkə vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR