Bank Of Baku

İran polisi müxalifətin məzarlıqda keçirdiyi mitinqi dağıdıb

İran polisi müxalifətin məzarlıqda keçirdiyi mitinqi dağıdıb
# 30 iyul 2009 15:24 (UTC +04:00)
Tehran-APA. İran polisi prezident seçkilərindən sonra baş verən iğtişaşlarda həlak olanların məzarlarını ziyarət etmək üçün Tehran qəbiristanlığına gələn yüzlərlə müxalifət nümayəndəsini qovub. APA-nın məlumatına görə, polis müxalifətçiləri rezin dəyənək və dəmir çubuqlarla döyüb. İnsident zamanı bir neçə nəfərin həbs olunduğu bildirilir. Prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvi də qəbiristanlığa gəlsə də, polis onu mühasirəyə alaraq mitinqi tərk etməyə məcbur edib. Qeyd edək ki, İran hakimiyyət orqanları müxalifət tərəfdarlarına həlak olmuş yoldaşlarının xatirəsini yad eləmək mərasimlərini qadağan edib. Qeyd edək ki, bu gün İranda iğtişaşlar zamanı həlak olanların 40 mərasimidir. Qeyd edək ki, müxalifət iğtişaşlar zamanı 150 nəfərin həlak olduğunu bildirir, lakin rəsmi dairələr bu rəqəmin 20 olduğunu bildirirlər. Dünən həbs olunan müxalifətçilərdən 140 nəfər azadlığa buraxılıb, lakin iğtişaşlar zamanı saxlanmış iki yüzədək insan hələ də həbsxanadadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR