Bank Of Baku

Filippinin sabiq prezidenti Korason Akino vəfat edib

Filippinin sabiq prezidenti Korason Akino vəfat edib
# 01 avqust 2009 07:30 (UTC +04:00)
Bakı – APA. Filippinin sabiq prezidenti, bu ölkənin və Asiyanın tarixində ilk qadın dövlət başçısı olan Korason Akino 76 yaşında vəfat edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, K. Akino xərçəng xəstəliyindən əziyyət çəkirdi.

K. Akino diktator Ferdinand Markosun hakimiyyəti dövründə müxalifət liderlərindən biri olmuş həyat yoldaşı Beninyo Akinonun 1983-cü ildə öldürülməsindən sonra siyasətə qoşulub. O, 1986-cı ildə prezidentliyə namizədliyini irəli sürüb. Lakin saxtakarlıq nəticəsində F. Markos qalib elan edilib. Müxalifətin etirazlarına yüksək rütbəli hərbçilər də dəstək verdikdən sonra F. Markos istefaya getməyə məcbur olub. 1986-cı il fevralın 25-də K. Akino prezident kreslosuna əyləşib. Onun prezidentliyi illərində Filippində 7 dəfə çevriliş cəhdi baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR