Bank Of Baku

Əfqanıstanda baş verən terror aksiyası nəticəsində 12 nəfər ölüb

Əfqanıstanda baş verən terror aksiyası nəticəsində 12 nəfər ölüb
# 03 avqust 2009 08:03 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın Herat şəhərində terror aksiyası baş verib. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, terror nəticəsində 12 nəfər ölüb, təxminən 20 nəfər yaralanıb. Heratın polis rəisi Əsmətullah Əlizai bombanın terrorçular tərəfindən zibil qabına yerləşdirildiyini deyib. Terrorçuların əsas hədəfi polislər olub, lakin partlayış zamanı mülki şəxslər də zərər çəkib.

Qeyd edək ki, avqustun 20-də Əfqanıstanda prezident seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR