Bank Of Baku

Bənazir Bhuttonun qətlinin təşkilatçısı öldürülüb

Bənazir Bhuttonun qətlinin təşkilatçısı öldürülüb
# 07 avqust 2009 08:22 (UTC +04:00)
Nazir bildirib ki, B.Məsudla birlikdə həyat yoldaşlarından biri və mühafizəçisi də həlak olub. Bununla belə, R.Malik deyib ki, bu, ilkin informasiyadır və Pakistanın baş talibançısının ölümü barədə etibarlı sübutlara malik deyillər.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın pilotsuz təyyarəsinin B.Məsudun qayınatasının evinə raket atması nəticəsində onun iki arvadından birinin öldüyü barədə məlumat yayılmışdı. “Taliban” nümayəndələri isə liderlərinin həmin vaxt evdə olmadığını bildirmişdilər.
B.Məsud Pakistan “Taliban”ına 2007-ci ildən rəhbərlik etməyə başlayıb. O, sabiq baş nazir Bənazir Bhuttonun qətlinin təşkilatçısı sayılır. 2008-ci ilin avqustunda Pakistan hökuməti B.Məsudun başçılıq etdiyi qruplaşmanı qanunsuz elan edib və onun başına 50 milyon rupi (602 min dollar) qiymət qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR