Bank Of Baku

İranda müxalifətçilərə işgəncə verilən həbsxananın rəisi həbs olunub

İranda müxalifətçilərə işgəncə verilən həbsxananın rəisi həbs olunub
# 10 avqust 2009 07:19 (UTC +04:00)
Bakı – APA. İranda həbsxana rəislərindən biri işdən azad olunub və həbs edilib. APA-nın xəbərinə görə, bu barədə CNN İran KİV-nə istinadən məlumat yayıb. Adı açıqlanmayan şəxs Kəhrizak həbsxanasının rəisidir.
Qeyd edək ki, iyunun 12-də İranda keçirilən prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlar zamanı həbs olunan müxalifətçilərin əksəriyyəti Kəhrizak həbsxanasında saxlanılıb. Sonradan həbs olunanların etirafedici ifadələri İran TV-lərində yayınlanıb və bu, böyük qalmaqala səbəb olub. Müxalifət həmin ifadələrin işgəncələr yolu ilə alındığını bildirib. İyulun sonunda isə İranın ali dini lideri Seyid Əli Xamneyi gözlənilməz bəyanatla çıxış edərək, Kəhrizak həbsxanasında məhbusların hüquqlarının pozulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR