Bank Of Baku

İran müxalifətinin lideri: Prezident seçkilərindən sonra tutulanlar həbsxanalarda cinsi təcavüzə məruz qalıblar

İran müxalifətinin lideri: Prezident seçkilərindən sonra tutulanlar həbsxanalarda cinsi təcavüzə məruz qalıblar
# 10 avqust 2009 12:46 (UTC +04:00)
Bakı – APA. İran müxalifətinin liderlərindən biri, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubi sensasion sayıla biləcək açıqlama ilə çıxış edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Mehdi Kərrubi Üləmalar Məclisinin (Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun) sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaniyə müraciət edib.
Kərrubi müraciətində bildirib ki, seçkilərdən sonra baş verən iğtişaşlar zamanı saxlanılan bəzi müxalifətçi kişi və qadınlar həbsxanalarda cinsi təcavüzə məruz qalıblar: “Bu barədə həbs olunanlardan məlumat almışam. Onların dediyinə görə, qadınlar və oğlanlar həbsxanalarda cinsi təcavüzə məruz qalıblar. Bunun nəticəsində onların fiziki və psixoloji durumunda ciddi pozuntular əmələ gəlib. Bəziləri hətta evdən bayıra addım atmaq gücündə deyillər. Əgər bu deyilənlərdən təkcə biri belə doğrudursa, bu, islam cümhuriyyəti üçün faciədir və devrilən şah rejimi də daxil olmaqla bir çox diktatorluqları da geridə buraxacaq”.
M.Kərrubi Ə.Rəfsəncanidən bu iddialarla bağlı maraqlanmağı və ali dini lider Seyid Əli Xamneyi qarşısında məsələ qaldırmağı tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR