Bank Of Baku

Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verib
# 11 avqust 2009 07:11 (UTC +04:00)
Bakı – APA. Avqustun 11-də səhər saatlarında Yaponiyada zəlzələ olub. APA-nın “France Presse” agentliyinə istinadən xəbərinə görə, yeraltı təkanlar ölkənin mərkəzi hissəsində qeydə alınıb.
Rixter şkalası ilə 6,4 bal gücündə olan zəlzələnin episentri Sakit okeana düşüb. Zəlzələ nəticəsində 64 nəfər zərər çəkib. Bundan başqa, Sidzuoka prefekturasında aparıcı magistralların birində sürüşmə baş verib və yollarda uzun tıxaclar yaranıb. Ölkənin mərkəzi hissəsində sürət qatarlarının hərəkəti bir neçə saatlıq dayandırılıb.
Tokiodan 160 km cənub-qərbdə, Sakit okeanın sahilində yerləşən Xamaoka Atom-Elektrik Stansiyasında zəlzələdən sonra iki blokun fəaliyyəti dayandırılıb. AES administrasiyasından bildiriblər ki, bu addım təhlükəsizlik məqsədilə atılıb.
Qeyd edək ki, bu, avqust ayında Yaponiyanın mərkəsi hissəsində baş verən ikinci zəlzələdir. Bu ərazi dünyanın seysmoaktiv zonalarından biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR