Bank Of Baku

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf barəsində cinayət işi açılıb

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf barəsində cinayət işi açılıb
# 11 avqust 2009 14:31 (UTC +04:00)
Bakı – APA. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf barəsində cinayət işi açılıb. APA-nın “France Presse” agentliyinə istinadən xəbərinə görə, sabiq prezident 2007-ci ildə ölkədə yaranmış siyasi böhran zamanı hakimləri qanunsuz olaraq ev dustağı etməkdə və bununla Konstitusiyanı pozmaqda suçlu bilinir.
Pakistan Ali Məhkəməsi P.Müşərrəfin 60 hakimi qanunsuz olaraq istefaya göndərməsi barədə qərar qəbul edib və onun Konstitusiyaya etdiyi düzəlişləri də qüvvədən salıb.
Qeyd edək ki, Pakistanda siyasi böhran 2007-ci ildə keçirilən prezident seçkilərindən sonra yaranmışdı. Müxalifət hesab edirdi ki, həm də Quru Qoşunlarının qərargah rəisi olan P.Müşərrəf prezidentliyə namizəd ola bilməz. P.Müşərrəf bu postdan istefa verəcəyini və mülki prezident olacağını vəd etsə də, seçkilərin nəticələrinin elan olunmasının yubadılması siyasi böhrana səbəb oldu. Ali Məhkəmə P.Müşərrəfin seçkilərdə iştirakının qanuniliyin araşdırılmasına başladı. Lakin prezident məhkəmənin qərarını gözləmədən ölkə üzrə müxalif yönlü 60 hakimi, o cümlədən Ali Məhkəmənin hakimlərini vəzifəsindən azad etdi. Onlardan bəziləri isə ev dustağı edildi. P.Müşərrəf tərəfindən təyin edilən Ali Məhkəmənin yeni tərkibi isə seçkilərin nəticələrini qanuni saydı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR