Bank Of Baku

Əfqanıstanda prezident seçkilərinin nəticələri ləğv oluna bilər

Əfqanıstanda prezident seçkilərinin nəticələri ləğv oluna bilər
# 27 avqust 2009 09:11 (UTC +04:00)
Kabil-APA. Əfqanıstan seçki şikayətləri və iddialar üzrə müstəqil komissiyası nəticələrin saxtalaşdırılmasına dair çoxlu sayda faktlara adekvat reaksiya versə, ölkədə prezident seçkilərinin nəticələri ləğv oluna bilər. APA-nın məlumatına görə, dünən prezidentliyə namizədlər Əşrəf Qani Əhmədzay, Mirveys Yasini, Səid Camal Kərim, Mutasadulla Məzhəbi, Bismillah Şir və Furuzan Fana mətbuat konfransı keçirərək, şikayətlərə adekvat reaksiya verilməyəcəyi təqdirdə seçkilərin nəticələrini tanımayacaqlarını bəyan ediblər. Prezidentliyə namizədlər dövlət məmurlarının seçki prosesinə aktiv müdaxilə etdiklərini deyiblər. Onlar qeyd ediblər ki, əgər komissiya ölkədə irimiqyaslı qarşıdurmaların baş verməsini istəmirsə, şikayətləri araşdırmalıdır. Mərkəzi Seçki Komissiyasında seçkilərin ilkin nəticələrinin açıqlanması zamanı içəri soxulan prezidentliyə namizəd Ramazan Bəşərdüst bildirib ki, seçki şikayətləri və iddialar üzrə müstəqil komissiya araşdırmaları başa çatdırmadan seçki komissiyasının aralıq nəticələri açıqlamağa hüququ olmadığını deyib. Seçki şikayətləri və iddialar üzrə müstəqil komissiyasının katibi Davud Nəcəfi isə bildirib ki, aralıq nəticələr ümumiyyətlə açıqlanmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR