Bank Of Baku

İraqda baş verən terror aktında 19 nəfər ölüb, 25 nəfər yaralanıb

İraqda baş verən terror aktında 19 nəfər ölüb, 25 nəfər yaralanıb
# 10 sentyabr 2009 08:03 (UTC +04:00)
Mosul-APA. İraqın şimalında kamikadzenin yük maşınını partlatması nəticəsində ən azı 19 nəfər ölüb, 25 nəfər yaralanıb. APA-nın məlumatına görə, terror aktı Mosuldan 30 kilometr məsafədə yerləşən Vardek kürd kəndi ərazisində baş verib. Həlak olanlar arasında qadın və uşaqların da olduğu bildirilir. Partlayış nəticəsində çoxlu sayda ev yerlə-yeksan olub. Kürd peşmərgələri ikinci terror aktını gerçəkləşdirmək istəyən kamikadzeni zərərsizləşdirməyə müvəffəq olublar. Xatırladaq ki, ötən ay Mosul yaxınlığında iki yük maşınının partladılması nəticəsində 25 nəfər həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR