Bank Of Baku

İnternetdə “Al-Qaida” liderlərindən Ayman əl-Zavahirinin növbəti müraciəti yayımlanıb

İnternetdə “Al-Qaida” liderlərindən Ayman əl-Zavahirinin növbəti müraciəti yayımlanıb
# 23 sentyabr 2009 11:59 (UTC +04:00)
Baki-APA. “Al-Qaida” beynəlxalq terror şəbəkəsi təşkilatın liderlərindən Ayman əl-Zavahirinin növbəti videomüraciəti yayılıb. APA-nın məlumatına görə, ərəb dilində yazılan, “Qərbə qaranlıq tunel” başlığı ilə yayımlanan videomüraciətin müddəti 106 dəqiqədir. Lentin avqustun sonu-sentyabrın əvvəllərində yazıldığı güman olunur. Əl-Zavahiri müraciətində Vaşinqtonin siyasətini tənqid edir, Barak Obamanı ikiüzlülükdə günahlandırır və bildirir ki, Birləşmiş Ştatlar tezliklə müsəlmanlar tərəfindən tarixə gömüləcək: “Amerika dəyişib, ikiüzlü olub. O üzümüzə gülə-gülə sələfi Buş kimi kürəyimizə xəncər soxur. Allahın köməyi ilə müsəlmanların əli ilə sizin sonunuz çatacaq və dünya nəhayət ki, sizin pis əməlləriniz və yalanınızdan qurtaracaq”. Videoda Ayman əl-Zavahiri ilə yanaşı iyunun 30-da taliblər tərəfindən Əfqanıstanda əsir götürülmüş amerikalı hərbçi Bouv Berqdal, dövlətə xəyanətdə günahlandırılan “Al-Qaida”nın amerikalı təbliğatçısı Adam Qadanın da müraciətləri yer alıb. Qeyd edək ki, “Al-Qaida”nın son videomüraciətləri sentyabrın 18 və 20-də yayımlanmışdı. Bu müraciətlər Almaniyada yaşayan müsəlmanlara ünvanlanıb. Müraciətdə terror təşkilatının liderləri müsəlmanları Bundestaqa seçkilərini gedişini pozmağa səsləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR